“Komtel Servis”də İPhone və Blackberry
modellərinin alışı, satışı və təmir işləri həyata keçirilir
Bu tip modellər adi telefonlardan fərqləndiyinə və onlarda bir çox mürəkkəb funksiyalar olduğuna görə İPhone və Blackberry üçün xüsusi bir bölmə ayırmaq qərarına gəldik. Bizim mütəxəssislərimiz sizin telefonuzun problemini tapmaqdan və onu operativ bir şəkildə təmir etməkdən məmnunluq duyacaqlar.
"İPhone" la bağlı ən geniş yayılmış nasazlıqlar:
* Touch screen, ekran şüşəsinin, displeyin sınması
* Rütubətə düşmə - suya düşmə
* Proqram təminatının çökməsi. Bu halda aparat açılmır və ya hər hansı əməliyyatı düzgün yerinə yertimir.
“İPhone” ların təmiri barədə faydalı məlumatlar:
Əgər siz öz sevimli gadjetinizi zədələmisinizsə və onun şüşəsi və ya displeyi sınıbsa, bu halda iPhone "3G" "3GS" lərdə ya taçskirini ya da displeyi dəyişdirmək imkanı vardır. Oxşar hadisə "İPhone 2G", "İPhone 4" və ya "İPhone 4s" lə baş veribsə bu halda bütünlüklə modulu dəyişdirmək lazım gələcəkdir (displey, taçskirin, şüşə ). Əgər sizin İPhone rütubətə düşübsə, ilk növbədə onu söndürmək və təcili sürətdə servisə müraciət etmək lazımdır. Bunu nə qədər tez etsəniz sizin qurğunuzun iş qabiliyyətini tam bərpa etmək şansı o qədər çox olacaqdır. Sadəcə başa düşmək lazımdır ki, aparatı qurutmaq hal-hazırkı vəziyyətdə kifayət deyil. İPhone üçün ən məhvedici səbəb rütubətin özü yox, oksidləşmədir. Bu da öz növbəsində elektron qurğunun sıradan çıxmasına, tok keçirici elementlərin karroziyaya uğramasına və ya elektrik çeplərin kilidlənməsinə gətirib çıxarır.
.